Xiyar

Azərbaycanda xiyar ən çox yetişdirilən tərəvəzlərdən biridir. Xüsusilə Abşeron, Lənkəran-Astara, Aran bölgəsiGəncə-Qazax zonası həm açıq sahədə, həm də istixanalarda xiyar istehsalı ilə seçilir.

İstixana təsərrüfatlarının geniş olması səbəbindən xiyar ilboyu istehsal edilir və həm daxili bazara, həm də müəyyən qədər ixraca çıxarılır.

Azərbaycanda yetişdirilən standart xiyar adətən:

  • nisbətən kiçik ölçülü olur,

  • təxminən 14–16 sm uzunluqda,

  • şirəli, dadlı və aşağı kalorili olduğuna görə gündəlik qidalanmada xüsusi yer tutur.

Son illərdə ölkədə uzun və sivilcəli (tikanlı səthli) xiyar növlərinin istehsalı da sürətlə artıb. Bu növlər həm bazar tələbinə, həm də ixraca görə daha çox yetişdirilir.



Oxşar Məhsullar