Armud

Azərbaycan bölgənin ən böyük armud istehsalçılarından biridir. Armud daha çox Şəki–Zaqatala, Quba–Xaçmaz, Gəncə–Qazax, NaxçıvanQarabağ zonasının münbit bağçılıq ərazilərində yetişdirilir. Ölkədə həm yerli bazara, həm də ixraca yönəlik bir çox yüksəkkeyfiyyətli sortlar becərilir.

Azərbaycanda ən çox ixrac olunan armud sortlarından biri Santa Mariadır.

Santa Maria armudunun xüsusiyyətləri:

  • Uzun raf ömrünə malikdir, yəni uzun müddət saxlanmaya uyğundur.

  • Günəş şüası düşən tərəfi qırmızı çalara keçir.

  • Forması aşağıya doğru genişlənən, klassik armud quruluşundadır.

  • Tam yetişdikdə qabığı sarı rəngə çevrilir.

  • Dadı şirin, əti isə yumşaq və şirəli olur.

Azərbaycanda geniş yayılmış digər armud sortları:

  • Deveci

  • Margaret

  • Williams (Vilims)

  • Ağça

  • Ankara armudu

Bu sortlar həm yerli bazarda yüksək tələbat görür, həm də ixrac üçün seçilən çeşidlər sırasındadır.



Oxşar Məhsullar