Nar Azərbaycanda ən geniş yetişdirilən meyvələrdən biridir və ölkənin demək olar ki, bütün bölgələrində becərilir. Xüsusilə Göyçay, Gəncə–Qazax, Şəki–Zaqatala, Quba–Xaçmaz, Aran bölgəsi, Lənkəran və Naxçıvan yüksək keyfiyyətli narları ilə tanınır.
Meyvənin ölçüsü, rəngi, şirəliliyi və toxum quruluşuna görə müxtəlif nar sortları mövcuddur.
Azərbaycanda ən çox ixrac olunan sort Hicaz narıdır.
Qabığı digər sortlara nisbətən daha qalın və davamlıdır.
Bu quruluş sayəsində saxta və daşınmaya çox davamlıdır.
Toxumları parlaq qırmızı, dadı şirin–turş balanslı olur.
Hicaz narı düzgün şəraitdə 4 aya qədər keyfiyyətini itirmədən saxlanıla bilir.
Azərbaycanda həm təzə nar, həm də nar suyu, narşərab, nar konsentratı kimi məhsullar daxili bazarda və ixracda böyük tələbat görür.